“Avtoş” Bakını bir-birinə qatdı

341 Просмотров

Добавлено: 05.01.2016
Категории: Разное
Тэги: avtoş

Ötən gecə Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb. APA TV-nin məlumatına görə, Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsünə yol polisi əməkdaşları “Saxla!” əmri veriblər. 27 yaşlı sürücü Sadıq Hadıyev isə əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Daha sonra sürücü hərəkət istiqamətini dəyişərək “Koroğlu” metro stansiyası istiqamətində hərəkət etməyə başlayıb. Avtomaşının saxlanılması üçün Bakının əsas prospektində süni tıxac yaradılıb.