Nazir yeni ildə fəhlələrlə qar təmizlədi

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım yeni ili magistral yolu təmizləyən fəhlələrlə birlikdə qarşılayıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Binali Yıldırım ölkədə yolların ümumi vəziyyəti barədə jurnalistlərə məlumat verib.

Dövlət Magistral Yolları idarəsinin Bolu vilayət şöbəsində olan nazir Binali Yıldırım burda fəhlələrlə birlikdə şam edib. Yeməkdən sonra nazir qışda Türkiyənin ən problemli bölgələrindən hesab olunan Boluda fəhlələrlə birlikdə magistral yola baxmağa çıxıb.

Daha sonra nazir Yıldırım qartəmizləmə avtomobilinə minərək bir müddət yolu təmizləyib. Binali Yıldırım fəhlələrlə paxlava yedikdən sonra burdan uzaqlaşıb.

Длительность: 10:31 Просмотров: 3.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: nazir yeni il fəhlə Qar
Пожаловаться

Похожие видео