Bakıdakı qarın ilk "qurbanları" -2

Bakıda müşahidə olunan yağıntılı hava şəraiti yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Hüseyn Seyidzadə küçəsindəki körpüdən Abdulvahab Salamzadə küçəsinə doğru hərəkət edən "Skoda" markalı avtomobil körpünün enişindəki yol ayırıcısına çırpılıb. Avtomobil həm də yol nişanını yerindən qoparıb. Arxadan gələn "Volkswagen" markalı avtomobil isə "Skoda"ya çırpılıb. Zərbənin gücündən "Volkswagen" "Skoda"nın altına girib.

Qəza nəticəsində "Skoda"nın sürücüsü xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Длительность: 1:05 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Qar yol qəzası qəza
Пожаловаться

Похожие видео