Avtovağzalda sərnişin sıxlığı yaşanır

310 Просмотров

Добавлено: 31.12.2015
Категории: Разное

Sabahdan başlayacaq uzunmüddətli istirahət günlərini daha rəngarəng keçirmək istəyənlərin əksəriyyəti bölgələrə üz tuturlar. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu da Bakı Beynəlxalq Avtovağzalında sıxlığın yaranmasına səbəb olub. 5 günlük bayramı fürsət bilənlər paytaxtı tərk etməyə başladı. Hər il olduğu kimi bu il də Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı yaşandı. Sərnişin sıxlığı əvvəlki günlərə nisbətən bu gün daha çox olub. Bu sıxlıq nəzərə alınaraq xəttə 250-ə yaxın əlavə avtobus buraxılıb.