Van Damm Zabit Səmədovu təbrik etdi

“Məni Los-Ancelesə dəvət edib”. Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm Azərbaycanlı idmançı Zabit Səmədovu təbrik edib. Day.Az xəbər verir ki, Səmədov döyüşdə polşalı rəqibi Pol Slaviskini məğlub etdiyinə görə Van Damm ona təbrik görüntüləri yollayıb. Z.Səmədov bu haqda “ATV xəbər”ə açıqlamasında deyib: “Mənim üçün ən önəmli təbrik uşaqlıqdan izlədiyim, filmlərinə baxa-baxa məşq etdiyim Van Dammın təbriki oldu. Məni Los-Ancelesə dəvət edib, birlikdə məşq keçirməyi təklif etdi. Bildirdi ki, döyüşlərimi izləyir”.

Длительность: 2:48 Просмотров: 3.7K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: idman
Пожаловаться

Похожие видео