İstanbulda partlayış baş verdi

469 Просмотров

Добавлено: 29.12.2015
Категории: Разное
Тэги: partlayış

Türkiyənin İstanbul şəhərində partlayış baş verib. Anspress-in "İHA"ya istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Üsküdar rayonundakı "Heydərpaşa" liman idarəsinin yaxınlığındakı TIR dayanacağında baş verib. Bildirilir ki, yerli vaxtla saat 00.15-də (Bakı vaxtıyla 02.15) bir TIR-ın akumlyatoru ilə naqil vasitəsilə digər TIR-ın mühərriki işə salınarkən qısa qapanma baş verib. Nəticədə TIR-ın yanacaq çəninə qığılcım düşüb və partlayış baş verib. Partlayış yanğınla davam edib və alov bütün maşını bürüyüb.