Azərbaycanda zəncirvari yol qəzası, ölən və yaralananlar var

Axşam saatlarında Zaqatalada 3 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında ölən və yaralananların adları məlum olub.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Şəhərin Tala çayı üzərindəki körpüdə Zaqatala rayonu Aşağı Tala kənd sakini Elvin Həsənzadənin idarə etdiyi "Lada-Piriora", Zaqatala şəhər sakini 27 yaşlı Hüseyn Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil və hələ ki, şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. "VAZ-2106"nın sürücüsü Hüseyn Kərimov xəstəxanaya aparılarkən yolda ölüb. "Priora"nın sürücüsü Elvin Həsənzadə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "VAZ-2107"nin sürücüsü və sərnişinləri, şəhər sakini 25 yaşlı Şükür Səmədov və 29 yaşlı Fərid Ramazanov aldıqları bədən xəsarətləri ilə Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Длительность: 1:23 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео