Yük maşını motosikletçini əzdi

KANAL S (REGİON TV) xəbər verir ki, Şəkidə yol qəzası baş verib. Hadisə bu gün saat 16:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. Məmmədov Mahir Knyaz oğlunun idarə etdiyi 10 ZR 791 dövlət nömrə nişanlı yük avtomobili Əhmədov Rəvan Oqtay oğlunun idarə etdiyi 99 A 318 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Hadisədə xəsarət alan motosikletin sürücüsü Əhmədov Rəvan ağır kəllə-beyin travması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Длительность: 0:27 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: xəstəxana
Пожаловаться

Похожие видео