Zaqatalada ər-arvad zəhərləndilər

383 Просмотров

Добавлено: 21.12.2015
Категории: Разное

KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakinləri, 1992-cı il təvəllüdlü Rauf Əlibəy oğlu Kırtımov və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Kəlmət Rəcəb qızı Kırtımova zəhərlənmə əlamətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsində lazımi tibbi yardım göstərilən cütlüyün vəziyyəti hal-hazırda normaldır. Faktla bağlı araşdırma aparılır.