"Opel" əvvəlcə "Mercedes"ə sonra ağaca çırpıldı

315 Просмотров

Добавлено: 18.12.2015
Категории: Разное

Yevlax şəhərinin Füzuli küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Elxan Baloğlan oğlu Həşimovun idarə etdiyi "Opel" markalı avtomaşın həmin küçə ilə hərəkətdə olarkən qarşıdan gələn Mayıs Əbdülhüseyn oğlu İsazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilin hərəkət yoluna çıxıb. Nəticədə "Mercedes"lə toqquşan "Opel" daha sonra ağaca çırpılıb. Hər iki avtomobil yararsız hala düşsə də, xəsarət alan olmayıb. Faktla bağlı Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində araşdırma aparılır.