Nazir: "Buna təəccüblənmək lazım deyil

341 Просмотров

Добавлено: 18.12.2015
Категории: Разное
Тэги: nazir

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə jurnalistlərə bildirib. Nazir deyib ki, ermənilər həmişə bununla bağlı cəhdlər edir. Azərbaycan tərəfi də onların bu niyyətlərinin qarşısının alınması ilə əlaqədar işlər görür və bunlar davam etdiriləcək: "Bilirsiniz, qonşuyuq, istər-istəməz hansısa yaşayış ənənələri, məişət ənənələri bir-birinə təsir göstərir. Bu gün müəyyənləşdirmək ki, hansı kimə məxsusdur, bu, çox çətindir. Onun üçün həm Azərbaycanın mətbəx ustaları, nəşrləri, ziyalıları və alimləri ciddi tədqiqatların üzərində işləməli, bu sübutları yerinə yetirməlidirlər. Onsuz da, bu proseslər gedir. Biz hər dəfə bu proseslərlə rastlaşacağıq. Hər dəfə biz bunlara müqavimət göstərəcəyik. Hesab edirəm ki, buna təəccüblənmək lazım deyil".