Qırmızı işığa məhəl qoymayıb qəza törətdi

KANAL S (REGİON TV) xəbər verir ki, bu gün Şəkidə yol qəzası baş verib. Hadisə şəhərin M.Ə. Rəsulzadə prospektində qeydə alınıb. 10-SP-557 dövlət nömrə nişanlı "VAZ-2107" və 50 BK 533 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobillər toqquşub. Hadisədə "VAZ-21099"un sürücüsü xəsarət alıb. Avtomobillərə isə yüngül ziyan dəyib. Qəzanın baş verməsinə ilkin səbəb kimi sürücülərdən birinin işıqforun qırmızı işığına məhəl qoymaması göstərilib. Hazırda fakt araşdırılır.

Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Длительность: 0:37 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qəza sürücü
Пожаловаться

Похожие видео