Qayığa ilk daxil olan xilasedici: “Gördüyüm ilk mənzərə dəhşətli idi”

1685 Просмотров

Добавлено: 16.12.2015
Категории: Разное

Qəza baş verəndən 15 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. İdarənin mütəxəssis xilasedicisi Faiq Babayev xilasetmə əməliyyatını belə xatırlayır: "Çox kəskin hava şəraiti idi. Dalğanın faktiki hündürlüyü 9-10 metrə çatmışdı, bu səbəbdən gəmilərin heç biri özülə yan ala bilməmişdi. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edirdi. Təlimata uyğun olaraq bu şəraitdə təxliyə planı işə düşdü. Biz ora çatanda artıq hazırlıqlı idik, başqa platformaya enişimiz isə bizim işimizi daha da mükəmməl görməyə imkan yaratdı. Əlavə məlumat topladıq, özülə haradan yanaşacağımızı bir daha müəyyənləşdirdik. Bu isə xilasetmə tədbirlərini bir az da asanlaşdırdı. Yanğının gücündən özülə ilk dəfədən yaxınlaşa bilməsək də, sonradan üst platformaya düşüb onun dəmir lövhələrini kəsərək qayıqla təmas yaratdıq. Bu qayıq həmkarımın da qeyd etdiyi kimi sıxılıb qalmışdı. Qayığın içərisində olan insanların 18 saat köməksiz vəziyyətdə qalması isə onları çox gərginləşdirmişdi. Çox şükürlər olsun ki, xilas etdiyimiz insanlar əməliyyat zamanı əlavə xəsarətlər almadı".