Ağsuda qayınata maşını ağaca çırpdı, gəlini öldü

478 Просмотров

Добавлено: 23.02.2015
Категории: Происшествия

Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında yolun 178-ci kilometrliyində, Ağsunun Külüllü kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunda məskunlaşan Laçın rayon sakini, 1964-cü il təvəllüdlü Behbudov Mehman Kamil oğlu idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Mehman Behbudov və oğlunun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Behbudova Xatirə Xəqani qızı ağır xəsarətlərlə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xatirə Behbudova aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.